Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyilə, Azərbaycan Xalqlarının Həmrəyliyi Cəmiyyəti və 160 saylı klassik gimnaziyanın təşəbbüsü ilə "Müharibədə qalib gəlmiş insanlar" adlı gecə reallaşıb. Tədbir 8 Mart Qadınlar Gününə və Böyük Vətən Müharibəsinin 65 illiyinə həsr olunub. Mərasimdə Vətən müharibəsinin qadın veteranları da iştirak edib. Gimnaziyanın şagirdləri veteranlar üçün hərbi mahnılar, kompozisiyalar səsləndiriliblər.
Bütün veteranlara Rusiyanın Azərbaycan Səfirliyi tərəfindən alınan güllər və hədiyyələr təqdim olunub.