Ermitaj Muzeyinin əməkdaşları Azərbaycanda səfərdədir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynova məlumat verib. Muzey əməkdaşlarının ölkəmizə səfərinin məqsədi Azərbaycanın Dövlət İncəsənət Muzeyi ilə qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalamaqdır. Sektor müdirinin sözlərinə görə, bu günlərdə imzalanacaq müqavilə əsasında məşhur Ermitaj Muzeyinin ekspozisiyası Azərbaycan Dövlət İncəsənət Muzeyində sərgilənəcək. Bu layihənin qarşılıqlı həyata keçiriləcəyi nəzərdə tutulur.